"İmtahan həyəcanının psixoloji korreksiyası" - psixoloji görüş

9 aprel 2025-ci il tarixində məktəbin psixoloqu Günay Gülalova IX sinif şagirdləri ilə imtahan öncəsi "İmtahan həyəcanının psixoloji korreksiyası" başlığı altında görüş keçirmişdir. Aparılan görüşdə əsas məqsəd şagirdlərin imtahan prosesində öz duyğu və bacarıqlarını iradi olaraq doğru istiqamətləndirməyi aşılamaq idi. Sonda yeniyetmələri maraqlandıran suallara məktəb psixoloqu ətraflı cavablar verdi.