"Qız kimi böyü" mövzusunda seminar
2 aprel 2025 -ci il tarixdə məktəbdə "Ümidli gələcək" Gənclər ictimai birliyinin təşkilati dəstəyi ilə 6-cı sinif qızları üçün "Qız kimi böyü" mövzusunda seminar keçirildi. Şagirdlərin maarifləndirilməsi üçün qızlara kitabçalar paylanıldı. Təşkilatın əməkdaşı qızların yetkinlik dövründə fiziki dəyişiklərlə yanaşı emosional vəziyyətlərin də baş verdiyi haqda danışdı və bu dəyişikliklərin necə idarə olunması yollarını başa saldı.