"Novruz adət-ənənələri milli kinolarımızda" - dəyirmi masa

"Novruz adət-ənənələri milli kinolarımızda" başlığı ilə 18 mart 2025-ci il tarixdə kitabxanaçılar K.Məmmədova və A.Məmmədovanın rəhbərliyi altında Novruz adət-ənənələrinin yer aldığı kinofilmlərimizə aid dəyirmi masa keçirildi. Şagirdlərə dəyərlərimiz haqqında geniş məlumatlar verildi və kinofilmlərdən qısa fraqmentlər nümayiş etdirildi.