"Xocalı qan yaddaşımız!"

26 fevral 2025-ci il tarixdə Xocalı soyqırımının 33-ci ildönümü ilə əlaqədar olaraq məktəbdə "Xocalı qan yaddaşımız!" adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbir zamanı şagirdlər doğma torpağa, vətənə olan məhəbbət və sədaqət duyğularını şeirlər, rəqslər və mahnılar vasitəsilə nümayiş etdirdilər. Onlar bu kompozisiyada bir daha nəzərə çatdırdılar ki, xalqımız Bakıdakı Xocalı soyqırımı abidəsini alnıaçıq, başı uca ziyarət edir, çünki düşməndən bütün şəhidlərimiz kimi Xocalı soyqırımı qurbanlarının da qisası alındı.