Maarifləndirici tədbir

15 yanvar 2025-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşlarının təşkilatçılığı ilə "Ətraf Mühit və uşaqların sağlamlığı" mövzusunda valideynlərlə görüş keçirildi. Görüş zamanı əməkdaşlar valideynlərə ağır metalların,havanın çirklənməsi, iqlim dəyişikliyi və digər ətraf mühit amillərinin uşaqların sağlamlığına necə təsir etdiyi, ortaya çıxan xəstəliklərə diaqnpz qoymaq və nəzarətdə saxlamaq haqqında məlumat verildi. Sonda valideynlərə maarifləndirici bukletlər paylanıldı.