"Fövqəladə hallar zamanı davranış qaydaları" - maarifləndirici tədbir

26 dekabr 2024-cü il tarixdə məktəbdə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları Bağırova Sevinc və Zeynalova Leylanın təşkilatçılığı altında 6-cı sinif şagirdlərinin iştirakı ilə "Fövqəladə hallar zamanı davranış qaydaları" mövzusunda maarifləndirici tədbir keçirildi.                                                                              Tədbirin məqsədi şagirdlərə fövqəladə hallar, həmçinin yanğın zamanı düzgün davranış qaydaları barədə ətraflı məlumat vermək idi. Əməkdaşlar hər bir vətəndaşın fövqəladə hal zamanı zəruri davranış qaydaları barədə geniş məlumatlı olmasının faydasını qeyd edib, videoçarxlar nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi