"Bullinqin növləri" mövzusunda maarifləndirici və profilaktik sinif saatı

7 dekabr 2024-cü il tarixdə Bullinqlə mübarizə qayda və prosedurlarının təbliği ilə bağlı fəaaliyyət planına əsasən "Bullinq aylığı" çərçivəsində məktəbin 6 a sinif rəhbəri Ş.Məmmədovanın təşkilatçılığı altında sinif şagirdlərinin iştirakı ilə "Bullinqin növləri" mövzusunda maarifləndirici və profilaktik sinif saatı keçirildi. Ş.Məmmədova qeyd etdi ki, bullinq uşaqların incidilməsinə səbəb olan, ixtiyari və təkrarlanaraq törədilmiş aqressiv davranışdır.
Sinif rəhbəri dərs zamanı daha sonra bullinqin kiber, sosial, şifahi, psixoloji, fiziki zorakılıq növləri haqqında məlumat verdi. Sonda uşaqların mövzu ilə bağlı sualları cavablandırıldı.