“Bullinq nədir?” - maarifləndirici görüş

3 dekabr 2024-cü il tarixdə məktəbin psixoloqu Günay Gülalovanın təqdimatında yeniyetmə yaş qrupuna daxil olan şagirdlərlə “Bullinq nədir?” mövzusunda maarifləndirici görüş keçirildi. Məktəbin 7c sinif şagirdləri mövzu ətrafında öz fikirlərini sərbəst şəkildə ifadə edib,onları narahat edən hallarda hansı davranış normativləri ilə bullinqlə mübarizə apara biləcəklərini öyrəndilər. Görüşün sonunda psixoloq G.Gülalova şagirdlərin suallarını fərdi şəkildə cavablandırdı.