"Reproduktiv sağlamlıq nədir?"

27 noyabr 2024-cü il tarixdə məktəbin biologiya müəllimi Sevda Mehbalıyevanın təşkilatçılığı ilə 9 b sinfində "Reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait" əsasında "Reproduktiv sağlamlıq nədir?" mövzusunda maarifləndirici təqdimat keçirildi. S.Mehbalıyeva qeyd etdi ki, Reproduktiv sağlamlıq nəsil artımı qabiliyyətinin olması və azad seçim deməkdir. Onun funksiya və proseslərinə aid olan bütün məsələlər daxil olmaqla insanın fiziki, əqli və sosial rifah halı deməkdir.