STEAM İnnovasiyalar Mərkəzinə ekskursiya

Bildiyimiz kimi STEAM mərkəzi ölkəmizdə elm və təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin təzahürdür. 25 noyabr 2024-cü il tarixdə məktəbin 1-ci, 3-cü, 6-cı, 7-9-cu siniflərinin şagirdləri STEAM İnnovasiya Mərkəzinə ekskursiya etdilər. Ekskurisiya zamanı şagirdlər konstruksiya, oyun, konfrans otaqları, robotların hazırlanması laboratoriyası, "3 D holoqram" ilə tanış oldular. Onlar bələdçilər tərəfindən eksponatlar haqqında məlumatlandırılıb, müxtəlif komandalara bölünərək oyunlar oynayaraq yeni elmi məlumatlar əldə etdilər.