"Zəfərin mübarək, suveren Azərbaycan!"

5 noyabr 2024-cü il tarixdə məktəbin 4-cü sinif rəhbərləri R.Mövsümzadə və R.İsmayılovanın təşkilatçılığı altında şagirdlərin iştirakı ilə "Zəfərin mübarək, suveren Azərbaycan!" - adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbirin məqsədi şagirdlərdə vətənpərvərlik ruhunun aşılanması, torpaqlarımız uğrunda canından keçən şəhidlərimizi, sağlamlığını itirən qazilərimizi təbliğ etmək idi. Şagirdlər vətənpərvər şeirlər, mahnılar, rəqslər ifa edərək öz tamaşaçılarında böyük ruh yüksəkliyi yaratdılar.