"Öz hüquqlarımı bilirəm!"

31 oktyabr 2024-cü il tarixdə "Uşaq hüquqları aylığı" çərçivəsində "20 noyabr - Uşaq hüquqları günü" ilə bağlı məktəb psixoloqu G.Gülalovanın təqdimatında məktəbin 5 ç sinif şagirdlərinin birgə iştirakı ilə "Öz hüquqlarımı bilirəm !" adlı dəyirmi masa keçirildi. Məktəb psixoloqu uşaqların yaşama, firavanlıq hüququnun, ədalət, sülh və digər hüquqlarının pozulması hallarının qarşısının alınması mövzusunda şagirdləri maarifləndirdi.
Təqdimatın sonunda psixoloq G.Gülalova şagirdləri maraqlandıran sualları cavablandırdı.