“Şagird təhlükəsizliyi haqqında” - valideyn iclası

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyindən daxil olmuş 08.10.2024-cü il tarixli təlimatlı məktubuna əsasən 1 nohyabr 2024-cü il tarixdə məktəb üzrə “Məktəbdə şagird təhlükəsizliyinin təmin olunması” mövzusunda valideyn iclası keçirildi.
İclasın keçirilməsində məqsəd məktəbdə şagird təhlükəsizliyini təmin etmək, “şagird qaydalarının” icra olunmasında məktəb-valideyn əməkdaşlığının məsuliyyətinin artırılması idi.
Görüş zamanı şagirdlərin təhlükəsiz davranış, vərdişlərinin artırılmasında məəktəb və valideyn rolu haqqında fikir mübadiləsi aparıldı.