“Yaşıl enerji” nədir?

“Yaşıl dünya naminə həmrəklik ili” çərçivəsində 23 oktyabr 2024-cü il tarixdə məktəbin 9c sinif rəhbəri S.Əlizadə həmin sinif şagirdlərinin iştirakı ilə “Yaşıl enerji” - nədir? mövzusunda təşkilat saatı keçirdi. Dərs zamanı Sinif rəhbəri S.Əlizadə şagirdlərə Yaşıl enerji, ətraf mühitə minimal təsir edən və davamlı şəkildə əldə edilən enerji növlərindən,onun əsas xüsusiyyətlərindən və təkrar istifadə oluna bilən enerji mənbələrindən ətraflı şəkildə danışdı.