“ Təhlükəsiz informasiya axtarışı” mövzusunda dərs

17 oktyabr 2024-cü il tarixdə “ Reprudiktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində məktəbin biologiya müəllimi Raisə Bağırova IX sinif şagirdləri ilə “ Təhlükəsiz informasiya axtarışı” mövzusunda dərs keçdi. Dərs zamanı Biologiya müəllimi R.Bağırova şagirdlərin sağlam böyüməsi, onların zərərli vərdişlərdən uzaq olması, habelə gələcəkdə sağlam ailə qurması üçün onlar arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirici söhbətlər apardı. Daha sonra O, şagirdlərə reproduktiv sağlamlıq üzrə məlumatlar verib,onların sanitar-gigiyenik qaydalara, düzgün qidalanmaya riayət etmələrini vurğuladı.