“Mənim ekoloji bacarığım” – təşkilat saatı

19 oktyabr 2024-cü il tarixdə məktəbin Uşaq Birliyin rəhbəri S.Alıyevanın rəhbərliyi altında 5 c sinif şagirdlərinin iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Mənim ekoloji bacarığım” – mövzusunda təşkilat saatı keçirildi.
Dərs zamanı S. Alıyeva ətraf mühitin mövcud problemləri, ona necə qayğı göstərə biləcəkləri və gündəlik həyatlarında ekoloji cəhətdən məsuliyyətli davranış yolları haqqında geniş söhbət apardı.