"Təhlükəsizlik günü" ilə bağlı tədbirlər davam edir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən 14-16 oktyabr 2024-cü il tarixdə məktəb rəhbərliyi tərəfindən “ Təhlükəsizlik günü” adlı monitorinqlər təşkil olundu. Monitorinq zamanı şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı reydlər aparılmış və çantalara baxış keçirilmişdir. Reyd zamanı uşaqların təhlükəsizliyi ilə bağlı söhbətlər aparıldı və müvafiq tövsiyyələr verildi