"Təmiz dünya- təmiz ətraf" - rəsm dərsləri

"Məktəbdə Ekologiya ayı" layihəsi çərçivəsində məktəbin "Palitra" rəsm dərnəyinin rəhbəri Məlahət Əliyevanın təşkilatçılığı altında dərnək üzvlərinin iştirakı ilə "Təmiz dünya- təmiz ətraf" adlı rəsm dərsləri keçirildi. Dərnək üzvləri yaşıl dünyamızı, meşələri, ətraf mühitimizi qorumaq üçün çəkdiyi şəkillər ilə həmyaşıdlarını həmrəy olmağa, dünyamızı qorumağa səslədilər.