“Təhlükəsizlik günü” –maarifləndirici söhbət

11 oktyabr 2024-cü il tarixdə məktəbdə təhlükəsiliyin təminatı və sağlam mənəvi psixoloji mühitin formalaşması məqsədilə məktəbin V-VII sinif şagirdləri ilə “ Təhlükəsizlik günü” –adlı maarifləndirici söhbət təşkil edildi. Söhbət zamanı Təşkilatçı Z. Şirinova və UBR S.Alıyeva BŞTİ-nin müvafiq əmrindən irəli gələn qaydalar haqda şagirdlərlə söhbət apardılar. Söhbət zamanı şagirdlərə qadağan olunmuş əşyaların məktəbə gətirilməmələri, məktəb ərazisində şüphəli bağlamalar aşkar etdikdə yaxınlaşmamalı və bu haqda məktəb rəhbərliyinə məlumat verilməsi tapşırıldı. Z. Şirinova və S. Aliyeva şagirdlər ilə yeni şagird qaydalarında əks olunan təhlükəsizlik haqqında geniş şəkildə müzakirələr apardılar.