Şəhid məzunumuz Sadıqlı İbrahimin anım günü

3 oktyabr 2024-cü il tarixdə məktəbdə şəhid Sadıqlı İbrahimin şəhadətə ucaldığı gün ilə bağlı məktəb kitabxansında Uşaq Birliyi Rəhbəri S.Aliyevanın rəhbərliyi altında 6-cı sinif şagirdlərinin iştirakı ilə " Şəhid məzununumuz- Qürurumuz "adlı dəyirmi masa keçirildi. Dəyirmi masa zamanı şagirdlər şəhidin şərəfli döyüş yolundan danışdılar və şəhidə həsr olunmuş videoçarx nümayiş etdirdilər.
Sadıqlı İbrahim Murovdağ, Kəlbəcər, Ağdərə, Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin 60-a yaxın zabit əsgərini məhv edib. Oktyabrın 3-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralı döyüş yoldaşlarını atəş altından çıxaran zaman şəhidlik zirvəsinə yüksəlib. İbrahim ailəsinə deyib: "Şəhid olsam, elə edin ki, məni bütün Azərbaycan tanısın."
İbrahim Sadıqlı ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medal və ordeni ilə təltif edilib.