Maarifləndirici tədbir

26 sentyabr 2024-cü il tarixdə məktəbdə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən IX - XI sinif şagirdlərinin iştirakı ilə "Narkomaniya ilə mübarizə", "Erkən nigah", "Kibercinayətlər" və digər mövzularda görüş keçirildi.
Tədbirdə çıxış edən əməkdaşlar narkotik maddələrdən istifadənin risk amillərindən,narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi -əxlaqi dəyərlərə mənfi təsirindən və digər məsələlərdən ətraflı danışdılar. Qeyd olundu ki, cəmiyyətə ağ ölüm kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır ki, bu bəlanın qarşısını almaq üçün də biz əməkdaşların üzərinə böyük vəzifə düşür.
Sonda şagirdləri maraqlandıran suallar ətrafında müzakirələr aparıldı.