"27 sentyabr - 44 gün sürən əməliyyatlar" mövzusunda sinif təşkilat saatı

26 sentyabr 2024-ci il tarixdə məktəbin kitabxanasında sinif rəhbəri Vəfa Kərimovanın rəhbərliyi ilə Anım gününə həsr olunmuş "27 sentyabr - 44 gün sürən əməliyyatlar" mövzusunda sinif təşkilat saatı keçirildi. Sinif təşkilat saatında ilk olaraq şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər şəhidlərimizin həyatından,  döyüşlərdə əldə etdikləri uğurlardan, müzəffər ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlar haqqında geniş danışdılar.

Sonda V.Kərimova şagirdlərə vətənimizin şəhidlərimizin əmanəti olduğunu qeyd edib, onlara milli dəyərlərimizə qarşı daha da məsuliyyətli davranmağı, vətənpərvər olmağı tövsiyə etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi