"27 sentyabr - Qızıl Tariximiz"

2020-ci ilin 27 sentyabrında başlayan 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli o xalq böyük xalqdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən ikinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. 

"27 sentyabr - Anım günü" ilə bağlı 27 sentyabr 2024-cü il tarixdə məktəbdə ilk dərslər "Şəhidlər qəhrəmanlarımızdır", "Müzəffər, qalib ordumuz!", "Qızıl tariximiz" və s. başlıq altında keçirildi. 

Açıq dərslər zamanı şagirdlər Azərbaycan bu gün qalib dövlət kimi yaşayır, bundan sonra da Müzəffər Xalq və Qalib, Suveren Dövlət kimi əbədi yaşayacaq şüarlarını səsləndirdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi