“Samir Hacıyev, İbrahim Sadıqlı” - haqqında təqdimat gecəsi keçirildi.

25 sentyabr 2024-cü il tarixdə 27 sentyabr “Anım günü” ilə bağlı məktəb kitabxanasında K. Məmmədova və A. Məmmədovanın rəhbərliyi altında 8-ci sinif şagirdləri “Məktəbimizin şəhid məzunları” - Samir Hacıyev və İbrahim Sadıqlı haqqında təqdimat etdilər. Şagirdlərin hazırladıqları təqdimatlarda şəhid məzunlarımızın döyüş yolundan, onların göstərdiyi qəhrəmanlıq şücaətindən geniş şəkildə fəxrlə danışdılar və videoçarxlar nümayiş etdirdilər.