“Yaşasın müstəqil və suveren Azərbaycan!” – dəyirmi masa

20 sentyabr Azərbaycan Respublikasının Dövlət Suverenliyi günü ilə  bağlı məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi S.Əlizadənin rəhbərliyi altında 9C sinif şagirdlərinin iştirakı ilə “Yaşasın müstəqil və suveren Azərbaycan!” adlı dəyirmi masa keçirildi. İlk öncə S.Əlizadə cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirməsindən danışdı. Daha sonra şagirdlər Azərbaycan dövlətinin, xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən möhtəşəm Zəfər sayəsində suverenliyimizin bərqərar  olduğundan, bu suverenliyin xalqımızın ən parlaq səhifəsi kimi öz çıxışlarında böyük fəxrlə qeyd etdilər.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi