"Müstəqilliyimiz əbədidir, dönməzdir!" - dəyirmi masa

27 may 2024-cü il tarixdə məktəb kitabxanasında kitabxana müdiri K.Məmmədova və kitabxanaçı A.Məmmədovanın təşkilatçılığı ilə 7-ci sinif şagirdləri üçün Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin 106-cı ildönümü ilə əlaqədar "Müstəqilliyimiz əbədidir, dönməzdir!" adlı dəyirmi masa keçirildi.
Tədbirdə şagirdlər bir daha qeyd etdilər ki, Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik siyasəti, qazanılmış uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədidir!