"Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı" maarifləndirici tədbir

Azərbaycan Respublikası və Təhsil Nazirliyinin "Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı" maarifləndirmə tədbirləri barədə 3-29.3-2-460F 2023 №-li, 18.07.2023-cü il tarixli əmrinin icrası ilə əlaqədar 27 may 2024-cü il tarixdə məktəbin psixoloqu G.Gülalovanın təşkilatçılığı altında "Çimərlik mövsümündə təhlükəsizlik qaydaları" adlı maarifləndirici tədbir keçirildi. Tədbir zamanı G.Gülalova şagirdlərə çimərlik zonalarında məlumatverici lövhələrin tələblərinə ciddi riayət olunmasından, təhlükəsizlik üçün nəzərdə tutular qaydalar və qadağalar barədə ətraflı məlumat verdi. Həmçinin şagirdlərə suda hər hansı bədbəxt hadisənin baş verməsinin qarşısının vaxtında alınması üçün zəruri tədbirlər barədə söhbət apardı.