“Dünyamızı qoruyaq” adlı tədbir keçirildi
14 may 2024-cü il tarixdə məktəbdə “ Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Dünyamızı qoruyaq” adlı tədbir keçirildi. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin 1-ci müavini Gülarə Verdiyeva və əməkdaş Emin Hüseynov, ATİAHİ Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova iştirak etdilər. Tədbir öncəsi qonaqlar “Yaşıl dünyam” adlı şagirdlərin əl işlərindən və çəkdikləri rəsmlərdən ibarət sərgi ilə tanış oldular. Tədbirin məqsədi ətraf mühiti sağlamlaşdırmaq, ekoloji tarazlığın bərpasına kömək etmək, atmosfero oksigenlə zənginləşdirmək və bu proseslərə şagirdləri daha da fəal cəlb edilməsini təşviq etməkdən ibarət idi. 8 ci sinif şagirdlərinin hazırladıqları planetimizi bürüyən ekoloji problemlərdən bəhs edən müxtəlif adlı videoçarxlar qonaqların böyük marağına səbəb oldu. Həmçinin tədbirdə məktəbin istedadlı şagirdləri öz musiqi və rəqs nömrələri ilə göz oxşadı. Sonda qalib şagirdlər mükafatlandırılıb və xatirə şəkillər çəkdirilib.