Miniatür Kitab Muzeyinə ekskursiya

4 may 2024-cü il tarixdə məktəbin 5 c sinif şagirdləri, məktəbin kitabxanaçıları Kəmalə Məmmədova, Afət Məmmədova və sinif rəhbəri Vəfa Kərimovanın rəhbərliyi ilə İçəri Şəhərdə XV əsrin memarlıq abidəsi olan Şirvanşahlar Sarayına və Miniatür Kitab Muzeyinə ekskursiya etdilər. Ekskursiya zamanı uşaqlar öyrəndilər ki, Zərifə Salahovaya məxsus 145 kv.m - lik sahədəki bu kitab muzeyində 35 şüşə vitrinlərdə dünyanın 64 ölkəsində nəşr edilən 4700 miniatür kitab nümayiş etdirilir, mikrokitabların 3-ü ən nadir nüsxələrdir. Onlar Yaponiyanın “Toppan” nəşriyyatının ingilis dilində çap etdiyi “Çiçəklərin əlifbası”, “ Qiymətli daşların rəmzləri” və “Zodiak” işarələrinin ölçüsü 2x2 mm-dir.  Hər birində 16 səhifə, orta hesabla 50-dən 100-ə qədər işarə var, bunlardan biri isə illüstrasiyadır. Muzey vasitəsilə geniş məlumatlar alan şagirdlər satış üçün nəzərdə tutulmuş kitablardan da yararlanaraq böyük təəsüratla muzeydən ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi