"Sağlam qidalanma və ağız boşluğunun gigiyenası" - maarifləndirici görüş

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkimləri Quliyeva Pərvin (həkim stamotoloq) və Sevinc Bağırova (həkim pediatr) 6 may 2024-cü il tarixdə məktəbin 8-ci sinif şagirdləri üçün "Sağlam qidalanma və ağız boşluğunun gigiyenası" adlı maarifləndirici görüş keçirdi. Görüşün məqsədi şagirdlərdə ağız boşluğunun və sağlam qidalanmaya dair biliklərinin artırılması idi. Tədbir zamanı şagirdlər arasında anket-sorğu aparılıb, bukletlər paylanılıb və onları maraqlandıran suallar cavablandırılıb.