Məktəbdə "Açıq qapı" günü.

Müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirmək məqsədilə məktəbdə 26 aprel 2024-cü il tarixdə "Açıq qapı" günü keçirildi. "Açıq qapı" günü valideynlər məktəb mühiti ilə daha yaxından tanış oldular. Görüş zamanı valideynlər müəllim kollektivi, eləcə də rəhbərliklə görüşüb müxtəlif məsələlərlə bağlı öz fikirlərini, rəylərini və təkliflərini bildirdilər. Gün ərzində müəllimlər valideynlərə onların övladlarının təlimdə uğurları barədə məlumat vermiş, bu sahədə şagirdin inkişafı ilə bağlı yaranmış və yarana biləcək hər hansı bir problemin aradan qaldırılması istiqamətində söhbətlər aparmışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi