"Ekoloji tarazlığımızı bərpa edək!"

22 aprel 2024-cü il tarixdə "Yaşıl dünya naminə həmrəylik ili" , "Təbiəti qoruyanlar" layihısi çərçivəsində məktəbin Kiçik Elmi Akademiya üzvlərinin iştirakı ilə "Ekoloji tarazlığımızı bərpa edək!" adlı aksiya keçirildi. Aksiya zamanı biologiya müəllimi K.Rzayeva Kiçik Elmi Akademiya üzvləri ilə öncədən məktəbin həyətyanı sahəsində yeni əkiləcək ağaclar üçün torpağı hazırladılar. Daha sonra üzvlər hazırlanmış yerlərdə müxtəlif növ gül kolları və ağaclar əkdilər. Aksiyanın keçirilməsində məqsəd ekoloji tarazlığın bərpası, atmosferi oksigenlə zənginləşdirmək, üzvlərin diqqətini ətraf mühitin canlı aləminin qorunub saxlanılması problemlərinə cəlb etmək idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi