"Məhəmməd Füzuli - 530"

19 aprel 2024-cü il tarixdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sədaqət Əsədovanın təşkilatçılığı ilə məktəb kitabxanasında 9-cu sinif şagirdlərinin iştirakı ilə "Məhəmməd Füzuli - 530" illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə şagirdlər öz çıxışlarında dahi Füzulinin həyat və yaradıcılığı haqqında hazırladıqları videoçarxlar və təqdimatları ilə çıxış etdilər. Tədbirin məqsədi şagirdlər arasında milli- mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək idi.