Canlıları sevək, onlara qayğı göstərək!

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində məktəbdə müəllim-şagird, şagird-şagird əməkdaşlığının inkişafı, ətraf mühitin və ekologiyanın mühafizəsi istiqamətində işlər həyata keçirilməkdədir.
17 aprel 2024-cü il tarixdə ÜBR S.Alıyevanın təşkilatçılığı ilə məktəbin şagirdləri özləri düzəltdikləri quş yuvalarını məktəbin bağındakı ağaclardan asdılar. Bu işdə uşaqlar böyük həvəs göstərərək, təbiətimizi qorumağı, təbiətin bir parçası olan canlıları sevməyi, onlara qayğı göstərməyi təbliğ etdilər.