Təhlükəsizlik qaydaları haqqında maarifləndirici tədbir

15 aprel 2024-cü il tarixdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı ilə məktəbdə maarifləndirmə tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd şagirdlərin kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi, onların kibergigiyena qaydaları və onlayn mühitdə təhlükəsizlik qaydaları haqqında məlumatlandırılması idi. ETX-nin əməkdaşı “Uşaqlar üçün kibertəhlükəsizlik qaydaları”, “Fərdi məlumatların mühafizəsi”, “Şifr təhlükəsizliyi”, “Sosial mediadan istifadə qaydaları” mövzularında çıxış edərək şagirdlərə kibertəhlükələrdən qorunmaqla bağlı faydalı məlumatlar verdi