"Yaşıl dünya naminə: Sağlam ətraf mühit,sağlam gələcək" adlı maarifləndirici görüş

9 aprel 2024-cü il tarixdə  məktəbdə 7-8-ci sinif şagirdləri üçün Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin dəstəyi, Ailə,Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə: Sağlam ətraf mühit,sağlam gələcək" adlı maarifləndirici görüş keçirildi. Görüşdə  Ailə,Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Nailə İbrahimova və İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkim metodisti Ülkər Camalova mövzu ətrafında şagirdlərlə təmiz, sağlam ətraf mühitin insan həyatında müsbət rolu və eyni zamanda  zərərli vərdişlərin mənfi nəticələri haqqında geniş maarifləndirici söhbətlər apardılar..

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi