"Yol hərəkəti qaydalarını bilək və əməl edək" - maarifləndirici tədbir

5 aprel 2024-cü il tarixdə məktəbdə fəaliyyət göstərən "Yol hərəkəti qaydaları" dərnəyinin rəhbəri Leyla Hüseynova "Yol hərəkəti qaydalarını bilmək və ona əməl etmək vacibdir" mövzusunda maarifləndirici tədbir keçirdi. Məqsəd şagirdlər arasında yol hərəkəti təhlükəsizliyi, yol mədəniyyəti barədə məlumatlılığı artırmaq və onların yeni biliklər öyrənməsini təmin etmək idi. Tədbirdə Bakı Şəhər Baş Polis İdarəsinin polis polkovnik leytenantı Kəmalə Ələkbərova, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspertoru, polis kapitanı Pərvanə Muradova, polis baş leytenantı Rüstəm Əhmədli, polis serjantı Elnur Mahmudov, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, Azərbaycan Milli Avtomobil Klubunun əməkdaşı Yelizaveta Ruvinska Nasibova iştirak etdi. 

Tədbirdə  dərnək üzvləri yol qaydalarına aid şeir, mahnı və səhnəciklərdən ibarət kompozisiya təqdim etdilər. Eyni zamanda şagirdlər  yol hərəkəti qaydaları ilə bağlı biliklərini nümayiş etdirib, küçə və yollarda qaydalara düzgün əməl etməyin vacib olduğunu bildiriblər.

Tədbirin sonunda  iştirak edən bütün dərnək üzvlərinə “Təşəkkürnamə” təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi