Erkən nigahın fəsadları - dəyirmi masa

1 aprel 2024 -cü il tarixdə məktəbin biologiya müəllimi V.Kərimovanın təşkilatçılığı ilə 8 c sinfində "Erkən nigahların səbəbləri və fəsadları" - adlı maarifləndirici dərs keçirildi.
Dərs zamanı V. Kərimova bildirdi ki, ölkəmizdə tətbiq olunan erkən nigahların bağlanmasına qarşı mübarizə tədbirləri kifayət qədər aparılır. İctimai problem kimi erkən nigah probleminin də aradan qaldırılması üçün ailələr, ayrı-ayrılıqda hər kəs mübarizə aparmalıdır, bu halın aradan qaldırılmasında üzərilərinə düşən vəzifələri yerinə yetirməlifir. Gələcəyin anası olacaq qızlarımızın kamil, intellektli, dünyagörüşlü insan kimi yetişməsi biz müəllimlərin, anaların üzərinə düşən ən böyük məsuliyyətdir.