Milli sərvətimiz - Nizami Gəncəvi    

Dünyanı sözləri ilə bəzəyən mütəfəkkirimiz Nizami Gəncəvi Azərbaycan xalqının milli dəyəri, milli sərvətidir. Dünya ədəbiyyatı tarixinə xalqının adını qızıl hərflərlə həkk etmiş şairimizin ədəbi irsi təkcə öz ölkəmizdə deyil, dünyada da sevilir və öyrənilir.                                                                                                                       Şagirdlərimiz hər zaman olduğu kimi bu gün də elmə, ədəbiyyata, sevgiyə, vətənə münasibəti Nizaminin  əsərlərindən bəhrələnirlər.

13 mart 2024-cü il tarixdə məktəbin 3 d sinfinin rəhbəri  Mövsümzadə Rübabənin  rəhbərliyi altında "Milli sərvətimiz - Nizami Gəncəvi" adlı ədəbi bədii kompozisiya keçirildi. Tədbir zamanı şagirdlər Nizami irsi ilə yaxından tanış olmuş və Xəmsə poemasından "Sirlər xəzinəsi", "Yeddi gözəl", "İsgəndərnamə" poemalarından qısa səhnəciklər nümayiş etdirdilər.  

Şagirdlərin mütaliə mədəniyyətinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində bu tədbirin mühüm rolu oldu. Eyni zamanda tədbir zamanı şagirdlər arasında Nizami Gəncəvinin  əsərlərində ətraf mühitin qorunması ilə bağlı fikirlərin mübadiləsi oldu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi