“Dəyərlərimizi qoruyaq” - Xoş gəldin Novruz!

Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də  öz aktuallığını qoruyub saxlayır. Çünki, milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasında təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.  
11 mart 2024-cü il tarixdə “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində məktəbin 2 b və 3 l sinif şagirdlərinin iştirakı ilə “Xoş gəldin Novruz” adlı tədbir keçirildi. Tədbirdə şagirdlər xalqımızın adət ənənələrini əks etdirən milli rəqslər, mahnılar ifa etdi  və şeirlər söylədi. Tədbirin keçirilməsinin əsas məqsədi xalqımızın adət ənənələrini yaşatmaq, şagirdlərin milli ruhda yetişməsini təmin etmək idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi