Yeniyetmələrin sirri - maarifləndirici dərs

6  mart 2024-cü il  tarixdə məktəbin biologiya müəllimi Vəfa Kərimovanın  təşkilatçılığı ilə "Ümumitəhsil müəssisələrinin VIII - IX siniflərdə reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait"  əsasında 9-cu sinif şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirici dərs keçirdi. Vəfa Kərimova yeniyetməlik dövrünün xüsusiyyətləri, ailə planlaşdırılması, şəxsi gigiyena qaydaları barədə ətraflı məlumat verməklə yanaşı, reproduktiv sağlamlığın insan üçün  fiziki, mənəvi və sosial vəziyyəti olduğunu qeyd etdi. Bu sağlamlığın təməlinin yeniyetməlik dövründə yaranmasını və bütün həyat boyu qorunub saxlanılmasını xüsusilə vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi