"Dilimizi sevək və qoruyaq"

Ana dili bütün elmləri öyrənməyin açarıdır. Tarix durduqca bu dəyərli sərvətimizin qayğısına qalmalı və dilimizi mükəmməl formada gələcək nəsilə ötürməliyik. Bu, hər birimizin bir vətəndaş,bir azərbaycanlı kimi ən  böyük amalımız olmalıdır. Dilimizi qoruyaq, o bizim varlığımızı şərtləndirən ən müqəddəs dəyərdir. 

22 fevral 2024-cü il tarixdə məktəbdə "Dilimizi qoruyaq" layihəsi çərçivəsində "Dilimizi sevək və qoruyaq" adlı tədbir keçirildi. Tədbirdə ibtidai sinif şagirdləri dilimizə həsr edilən şeirlər söyləyib, mahnılarifa etdilər. Şagirdlərin yaratdığı kompozisiyalar alqışlarla qarşılandı. 

Bu dil bizim ruhumuzun hər hissəsinin, həm sevincinin, həm də kədərinin tərcümanıdır. Bu dil tariximizə salınan körpüdür. Bayatının, dili yüyrək olan nağılların, Dədə Qorqudun boy boylayıb, soy soyladığı dastanın dilidir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi