"Ana dilim - saf dilim" - dəyirmi masa

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilimiz xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir. Bu dil Azərbaycan xalqının fikrinin, düşüncəsinin,milli ruhunun ifadəsidir.

21 fevral 2024-cü il tarixdə məktəbin ana dili və ədəbiyyat müəllimi S.Əsədovanın rəhbərliyi ilə məktəb kitabxanasında "Beynəlxalq Ana dili günü"nə həsr olunmuş "Ana dilim - saf dilim" adlı dəyirmi masa keçirildi. Tədbirin məqsədi ana dilimizin böyük varlığının hiss etdirmək, onunla qürur duymaq, onu qorumaq və inkişaf etdirmək idi. 

Dəyirmi masada məruzələr dinlənilib şagirdlərin ifasında ana dilimizin şirinliyini əks etdirən hikmətli sözlər və şeirlər səslənildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi