"Ana dilimiz - milli varlığımızdır"

20 fevral 2024-cü il tarixdə məktəbdə  " 21 fevral Beynəlxalq Ana dili günü" ilə bağlı Uşaq Birliyi Rəhbəri S.Alıyeva və dərnək rəhbəri F.Gündüzlünün təşkilatçılığı ilə "Ana dilimiz - milli varlığımızdır" adlı tədbbir keçirildi. 

Tədbir zamanı ana dilimizin əsrlərin sınağından keçməsi, özünəməxsusluğu ilə bu günümüzlə səsləşməsi qeyd olundu. Ulu öndər Heydər Əliyevin Ana dilimizi dövlət dili səviyyəsində qaldırması xüsusi vurğulandı. 

Şagirdlərin ifasında ana dilimizə aid müxtəlif şeirlər, mahnılar ifa olundu, Azərbaycanın böyük şairi Səməd Vurğunun "Vaqif" əsərindən səhnələşdirilmiş kiçik parçalar nümayiş etdirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi