Şagirdlərimiz “Sabahın alimləri” XIII Respublika Müsabiqəsində

Şagirdlərimiz “Sabahın alimləri” XIII Respublika Müsabiqəsində iştirak edirlər. Qeyd olunan müsabiqədə ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə elmi tədqiqat işləri müəyyənləşdirilmiş meyarlara uyğun olaraq qiymətləndirilmişdir. Qiymətləndirmə “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin Elmi Ekspertiza Komitəsi tərəfindən aparılmışdır. Müsabiqə çərçivəsində Bakı şəhərində keçiriləcək sərgiyə qəbul olunan layihələr artıq seçilmişdir.

Fərəhləndirici haldır ki, sərgidə yer alanlar arsınada Bakı şəhəri 5 №-li tam orta məktəbin 9-cu sinif şagirdləri Sevinc Abdurəhmanlı və Banu Allahverdiyevanın Ekologiya və ətraf mühitin idarə olunması işləri də öz əksini tapıb.

Uğurlarınız bol olsun, əziz şagirdlər!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi