"Xalqımızın zəfər yolu" - açıq dərslər

19 yanvar 2024-cü il tarixdə məktəbdə ilk dərslər 20 yanvar faicəsinin 34-cü il dönümünə həsr olundu. Dərslər zamanı şagirdlərə 20 yanvar faciəsinin zəfər yolunun başlanğıcı kimi mühüm tarixi və rəmzi mənaya malik olduğu, əldə etdiyimiz müstəqilliyimizi qorumağın, həmrəy olmağın, dövlətimizin ətrafında sıx birləşməyin, tariximizin qəhrəmanlıq səhifəsi ilə fəxr etməli olduğumuzu, vətən uğrunda şəhid olanların xatirəsinin daim qəlblərdə yaşayacağını, onların göstərdiyi fədakarlığın, qəhrəmanlıqlarının heç zaman unudulmayacağı vurğulandı.

Şagirdlər bir daha anladılar ki, ulu öndərin layiqli davamçısı dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan ordusunun daha da qüdrətlənməsi, ən müasir döyüş silahları ilətəchiz olunması üçün həyata keçirdiyi siyasətin nəticəsidir ki, torpaqlarımızın hər bir qarışı yağı düşməndən azad olundu, milli ordumuz düşmənin hər bir təcavüzünə layiqincə cavab verdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi