"Azadlıq carçıları"

Yanvar qırğını nə qədər faciə olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətən oğulları Azərbaycan tarixinə parlaq səhifə yazdılar. 20 yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar 18 yanvar 2024-cü il tarixdə məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi S.Əsədova və məktəb kitabxanaçısı K.Məmmədovanın rəhbərliyi altında 5-6- cı sinif şagirdlərinin iştirakı ilə "Azadlıq carçıları"  adlı təqdimat gecəsi keçirildi. Şagirdlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan 1990-cı il 20 yanvar faciəsinin nəticələrindən, ulu öndər Heydər Əliyev tərəfindən faicəyə verilən hüquqi-siyasi qiymətdən danışdılar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi