Şagirdlər arasında fiziki aktivliyin təbliğinə həsr olunan yarış keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 30 dekabr 2023-cü ildə  məktəbdə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Fəal ol, sağlam ol!” mövzusunda maarifləndirici tədbir və yarış keçirilib.

Tədbirin məqsədi fiziki aktivliyin əhəmiyyəti barədə uşaqları məlumatlandırmaq və onları sağlam həyat tərzi yaşamağa çağırmaq idi.

İSİM-in Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva və həkim-metodisti Sevinc Bağırova çıxış edərək fiziki aktivliyin əhəmiyyəti, növləri barədə ətraflı məlumat veriblər. İnteraktiv oyun şəklində keçirilən tədbir zamanı şagirdlər komandalara bölünərək müxtəlif idman növləri üzrə yarışdılar.

Yekunda qalib komandalara mükafatlar, medallar və müxtəlif hədiyyələr təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi