Məktəbdə "Qış nağılı"

Zamanın nəbzini tutmaq, müasir dövrlə ayaqlaşmaq üçün ingilis dilini öyrənmək zəruri əhəmiyyət kəsb edir. Başqa dillərdə danışan insanlar arasında ortaq ünsiyyət vasitəsi kimi ilk “beynəlxalq ortaq dil” statusunu ingilis dili qazanıb. İngilis dili dünyanın ən çox danışılan və eyni zamanda öyrənilən dilidir.

Heç kimə sirr deyil ki, ingilis dilini əyləncəli metodla öyrəndikdə o uşaqlar üçün daha əlçatan olur, Odur ki, məktəbdə sinifdən xaric tədbirlərin ingilis dilində də keçirilməsi çox önəmli olub, şagirdlər tərəfindən bu dilin mənimsənilməsində müstəsna rolu danılmazdır. Bütün bunları nəzərə alaraq 28 və 29 dekabr tarixlərində Bakı şəhəri 5 №-li tam orta məktəbdə ibtidai sinif şagirdlərinin iştirakı ilə ingilis dilində  “Qış nağılı” tamaşası nümayiş etdirildi. Tamaşa boyu şagirdlər ingilis dilində mahnılar oxuub, müxtəlif rollar ifa edərək valideyn və qonaqlar qarısında öz bacarıq və qabiliyyətlərini nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi