Ümummilli Lider Heydər Əliyevin anım günü

12 dekabr xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım günüdür. Tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük şəxsiyyət kimi daxil olan Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan, Vətən qarşısında xidmətlərindən və müstəqilliyi dövründə Azərbaycana layiqincə rəhbərlik etməsindən nə qədər danışsaq da yenə də azdır.
12 dekabr 2023-cü il tarixdə məktəbdə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar məktəb kitabxanasında "Əvəzsiz, dahi lider!" adlı təqdimat gecəsi keçirildi. Şagirdlər Ulu Öndər Heydər Əliyevə, Vətənə, Bayrağa həsr olunmuş təqdimatlar hazırlayıb, şeirlər söylədilər. Təqdimatlarda böyük şəxsiyyətin həyatı və Azərbaycan naminə, ölkəmizin inkişafı yolunda gördüyü saysız hesabsız işlər barədə məlumat verdilər.
Sonda kitabxanaçı Afət Məmmədova bildirdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı dönməz müstəqilliyə, inkişafa apardı. Azərbaycan xalqı xöşbəxtdir ki, bu ölkəyə Heydər Əliyev kimi müdrik insan, siyasi lider rəhbərlik edib və bu gün bu siyasət dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.